Atəşkəs rejiminə baxmayaraq, İsrail ordusu Livanın cənubuna hücumlarını davam etdirir.
Reyting.az-ın məlumatına görə, Livan Milli Agentliyinin (NNA) yaydığı məlumatda deyilir ki, İsrail artilleriyası bu gün səhər saatlarından cənubda yerləşən Məcdəl Zun, Sivan, Qalavey, Kfar Şuba, Kunin, Froun, Qanduriya və Tulin şəhərlərini atəşə tutub.
Beyada bölgəsində yerləşdirilən İsrailin Merkava tankının Mənsuri qəsəbəsinə çoxlu mərmi atdığı da bildirilir.
İsrailə məxsus PUA-lar Mənsuri bölgəsində motosikleti vurub. Digər bir pilotsuz təyyarə isə Beyrut üzərində alçaqdan uçarkən görüntülənib.
Y. Qacar