Advert
Advert

Atəşkəs pozulub: ABŞ və İran qarşılıqlı zərbələr endirirlər

Tarix:
Atəşkəs pozulub: ABŞ və İran qarşılıqlı zərbələr endirirlər
Reklam

ABŞ ordusu Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib.

Reyting.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, təyyarələr İranın raket və pilotsuz uçuş aparatları üçün saxlama məntəqələrini və sahil radar mövqelərini vurub.

İranla əlaqəli hədəflərə zərbələrin iyunun 25-də “M/V Ever Lovely” yük gəmisinə kamikadze dronu ilə hücuma cavab olaraq vurulduğu bildirilir.

Bəyanatda qeyd olunur ki, İran qüvvələrinin kommersiya gəmiçiliyinə qarşı əsassız hücumu atəşkəs rejimini pozub.

Məlumatda ABŞ ordusunun İranla əldə olunmuş razılaşmanın bütün şərtlərinə əməl olunmasını təmin etmək üçün bölgədə mövcudluğunu qoruduğu və vəziyyəti diqqətlə izlədiyi bildirilir.

Son məlumatlara görə, İran hücumlara cavab verib və ABŞ-ın hərbi obyektlərinə zərbələr endirilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bildirib ki, ABŞ terrorçu ordusunun bölgədəki yerləşmə məntəqələri vurulub.

E. Kamal
 

Reklam