Advert
Advert

Astronavt yadplanetlilərlə qarşılaşıb

Tarix:
Astronavt yadplanetlilərlə qarşılaşıb
Reklam

Amerikalı astronavt Brayan Binni uzun illər susduqdan sonra uçan naməlum obyektlə (UNO) təmasından danışıb.

Reyting.az. xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 

Agentlik beş il ərzində çəkilmiş sənədli filmə istinadla yazır ki, astronavt Brayan Binninin dediyinə görə, onun yadplanetlilərlərlə qarşılaşması orbitdə deyil, Kaliforniyadakı evinin yataq otağında baş verib. 2003-cü ilin dekabrında bir səhər astronavt iki parlaq işığın birbaşa onun pəncərəsinə uçduğunu və sanki araşdırmaq niyyətindəymiş kimi bədəninə tərəf yönəldiyini görüb. Lakin onlar Binnidə maraqlı heç nə tapmayıblar. 

Binni filmdə danışır ki, o, nə ondan əvvəl, nə də ondan sonra belə parlaq işıq görməyib.

V. Quliyev

Reklam