Astanada Beynəlxalq Aralı Xilas Fondunun Dövlət Başçıları Şurasının iclası keçirilib.
Reyting.az-ın “Sputnik Kazaxstan”-a istinadla verdiyi məlumata görə, tədbirdə çıxış edən Prezident Kasım-Jomart Tokayev bildirib ki, beynəlxalq təşkilatların iştirakı ilə Aral dənizi ilə bağlı 30-dan çox regional layihə həyata keçirilir.
Tokayev sammitdə iştirakına görə Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinə təşəkkürünü bildirib: “Bu görüş bizim regionda davamlı inkişaf prinsiplərinə sadiqliyimizi və praqmatik və əlaqələndirilmiş ekoloji gündəliyi inkişaf etdirmək istəyimizi aydın şəkildə təsdiqləyir”.
V. Quliyev