Aprelin 17-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatik Forumu çərçivəsində türkiyəli həmkarı Berris Əkinci ilə görüşüb.
Reyting.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı ikitərəfli məsələlər və regional inkişaflar müzakirə edilib, sülhün və əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Kostanyan və Əkinci ikitərəfli və regional əlaqələri təşviq edən layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
V. Quliyev