Türkiyənin xarici işlər naziri Hakan Fidan və Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper “Strateji Tərəfdaşlığa dair Çərçivə Sənədi”ni imzalayıblar.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu sənəd NATO üzv olan iki ölkə arasında mövcud strateji tərəfdaşlığın geniş spektrli məsələlər üzrə daha da gücləndirilməsi məqsədi daşıyır.
Türkiyənin NATO müttəfiqi və strateji tərəfdaşı olan Böyük Britaniya ilə ikitərəfli əlaqələri ticarət, investisiya və müdafiə sənayesi başda olmaqla bütün sahələrdə müsbət inkişaf edir.
Y. Qacar