Ləğv olunmuş Yüksəliş Partiyasının sədri Anar Əsədliyə bu gün hökm oxunub.
Reyting.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il 6 ay müddətinə həbs cəzası kəsilib.
Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmə gedişində barəsində həbs qətimkan tədbiri seçilib.