Advert
Advert

Allahşükür Paşazadə diyanət işləri başkanına başsağlığı verib

Tarix:
Allahşükür Paşazadə diyanət işləri başkanına başsağlığı verib
Reklam

Qafqaz Müsəlmanları İdaərsinin sədri Hacı Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin diyanət işləri başkanına başsağlı məktubu göndərib.

Reyting.az xəbər verir ki, Paşazadənin məktubunda deyilir:

Möhtərəm Prof. Dr. Safi Arpaqus həzrətlərinə

Hörmətli cənab Başkan, əziz qardaşım!

Son günlərdə Şanlıurfa və Kahramanmaraşda müəllim və şagirdlərə qarşı törədilmiş qətl hadisəsi bütövlükdə Azərbaycan xalqının və şəxsən mənim kədərimə səbəb oldu. Ümid edirəm ki, qardaş Türkiyədə mövcud olan əmin-amanlığa xələl gətirən bu kimi hadisələr bir daha təkrarlanmayacaq.

Kədərinizi sizinlə bölüşür, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına öz adımdan, Qafqaz  və  Azərbaycan müsəlmanları adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfalar diləyirəm. 

Allah yardımçınız olsun!
 
 

Reklam