Advert
Advert

Alimlər araşdırma aparıblar: insanlar başqa planetlərdə yaşasaydılar...

Tarix:
Alimlər araşdırma aparıblar: insanlar başqa planetlərdə yaşasaydılar...
Reklam

İnsanlar Günəş sisteminə daxil olan digər planetlərdə yaşasaydılar, həm mühitə uyğunlaşma, həm də xarici görünüş baxımından tamamilə fərqli olardılar. Alimlər elmi əsaslara söykənən araşdırmalar zamanı bu qənaətə gəliblər.

Reyting.az xəbər verir ki, alimlərin nəzəriyyəsinə görə, Yer sakinləri başqa planetlərdə ömür sürsəydilər, fərqli xüsusiyyətlərə malik olardılar.

Tədqiqatçılar müəyyən ediblər ki, insanlar Merkuri planetində yaşasaydılar, yeraltı həyat tərzinə uyğun olaraq onların görmə qabiliyyəti zəifləyərdi. Elm aləmində Yer kürəsinin “bacısı” adlandırılan Venera planetində isə insanların dərisi daha tündləşər, bəzi nahiyələrdə rəng açılar və bədən quruluşu daha uzunsov olardı.

Digər fərziyyələrə görə, Marsda yaşayan insanlar daha hündürboylu olsalar da, sümükləri daha zəif ola bilərdi.

Saturnun peyki olan Titan kimi soyuq mühitlərdə isə insan orqanizmi donmamaq üçün xüsusi “antifriz” xüsusiyyətləri qazana bilərdi. Belə şəraitdə insanlar hündürboylu və solğun dərili olardılar.

Mütəxəssislər vurğulayıblar ki, əgər bəşər övladının vətəni Yupiter və onun peykləri olsaydı, insan orqanizmi güclü radiasiyaya qarşı uyğunlaşmalar əldə edərdi. Nəticədə “yupiterli” insanlar daha tünd dəriyə və daha dayanıqlı DNT-yə malik olardılar.

Alimlərin ehtimalına görə, buzlu mühitlərdə yaşayan insanlar kosmosda daha fərqli görünə bilərdilər. Belə şəraitdə yaşayanlar su canlılarına bənzər xüsusiyyətlər qazana, hətta müəyyən vəhşi instinktlər inkişaf etdirə bilərdilər.

Elm adamları qeyd ediblər ki, ən uzaq planetlərdə və Plutonda insanların həyatı yalnız yeraltı koloniyalarda mümkün ola bilərdi. Bu halda bəşər övladı uzunmüddətli anabioz vəziyyətində yaşayar, görmə qabiliyyəti zəiflədiyindən ətrafı əsasən ağ-qara tonlarda qavrayardı.

Tədqiqatçıların fikrincə, ümumilikdə kosmosda baş verə biləcək bu dəyişikliklər insanın uzunmüddətli uyğunlaşmasının nəticəsi kimi qiymətləndirilə bilər.

Oqtay Qorçu
 

Reklam