Məşhur italyan müğənnisi Al Banonun Rusiya turnesi başa çatıb.
Reyting.az xəbər verir ki, 82 yaşlı italyan pop əfsanəsinin qastrol proqramına onun ən məşhur hitləri daxil idi: “Felicità”, “Sharazan”, “Semper sempre”, “Ci sarà”. Bu mahnılar 1980-ci illərdən bəri bütün dünyada sevilir.
Al Bano əvvəllər eşitmədiyimiz mahnıları da ifa edib.
Məşhur italyanın səsi bu yaşda da gur qalır. O, karyerasının əvvəlində olduğu kimi, insanlara həyatın sevincini və sehrini çatdırmağı bacarır. Al Bano qastrolunun sonuncu şəhərində - Vladivostokda Zara ilə duet oxumağı da bacarıb.
V. Quliyev