Advert
Advert

Aktyor və komediya ustası vəfat edib

Tarix:
Aktyor və komediya ustası vəfat edib
Reklam

Amerikalı aktyor və komediya ustası Ronald Ralf Şell (Ronni) Los-Ancelesdə dünyasını dəyişib.

Reyting.az xəbər verir ki, bu barədə “Page Six” portalı məlumat yayıb. 

Məlumata görə, 1960-cı illərdə "Gomer Pyle, U.S.M.C." sitcom-da baş qəhrəmanın ən yaxşı dostu rolunu oynayan Ronni Şhellin şou-biznesdəki tədricən yüksəlişi ona “Amerikanın ən yavaş yüksələn komediantı” adını qazandırıb.
 
Bildirilir ki, 95 yaşlı aktyor evdə yıxılaraq xəstəxanaya yerləşdirildikdən sonra Ronald Reyqan Kaliforniya Universitetinin Los-Ancelesdəki Tibb Mərkəzində təbii səbəblərdən dünyasını dəyişib.

V. Quliyev

Reklam