Bu gün səhər saatlarında Ağdam rayonunda mağazaya düşüb və nəticədə yanğına səbəb olub.
Reyting.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Bildirilir ki, kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya ildırım düşdükdən sonra yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi üçün lazımi tədbirlər görülür.