Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Reyting.az-ın məlumatına görə, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 5 nəfər (3 qadın, 2 kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildiriblər ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.