Advert
Advert

Ağcabədidə qəza: ölən və xəsarət alanlar var

Tarix:
Ağcabədidə qəza: ölən və xəsarət alanlar var
Reklam

Ağcabədi rayonunda baş verən avtomobil qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Reyting.az xəbər verir ki, qəza laçınlıların kompakt yaşadığı Qayğı qəsəbəsində qeydə alınıb.

Laçın rayon sakini Quliyev Bakir Möhbalı oğlunun idarə etdiyi “VAZ” markalı 41 BE 893 dövlət nömrə nişanlı avtomobil Yevlax rayon sakini Bədəlov Azər Pənah oğluna məxsus “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü B. Quliyev hadisə yerində həyatını itirib.

Maşında olan digər sərnişinlər - 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarət aldıqları üçün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.(Teleqraf)
 

Reklam