Ağcabədi rayonunda 3 otaqlı ev yanıb.
Reyting.az FHN-nin mətbuat xidmətinə istinadla bildirir ki, Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 200 m² olan üçotaqlı evin və evə bitişik, sahəsi 117 m² olan talvarın yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 2014-cü il təvəllüdlü İmaməddin Şirinovun meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.