Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.
Reyting.az "Report"-a istinadla xəbər verir ki, qətlə yetirilən şəxslərin Arazbar kənd sakini tərəfindən bıçaqlandıqları bildirilir.
Nəticədə 1996-cı il təvəllüdlü Mamedov Şaiq Telman oğlu, 1989-cu il təvəllüdlü Mamedov Həsən Teymurxan oğlu aldıqları xəsarətlərdən həyatlarını itiriblər.
Hadisənin hansı səbəbdən baş verməsi hələ ki bilinmir. Araşdırma aparılır.