Advert
Advert

Ağaclar da insanlarla eyni hüquqlara malik olacaq 

Tarix:
Ağaclar da insanlarla eyni hüquqlara malik olacaq 
Reklam

Kanadanın Terrasse-Vaudreuil bələdiyyəsi  ağacları rəsmən canlı varlıqlar kimi tanıyıb və onların sakin kimi müəyyən hüquqlara malik olduğunu elan edib. Məhz bu qərarla bələdiyyə Kanadada "Universal Declaration of the Rights of the Tree" öhdəlik sənədinə qoşulan ilk yerli idarəetmə qurumu olub.

Reyting.az xəbər verir ki, yeni qərarla ağacların yaşamaq, təbii şəkildə böyümək, öz bütövlüyünü qorumaq, həmçinin zədələndikdən sonra tamamilə bərpa olunmaq hüququ tanınır. 

Yerli hakimiyyət təmsilçiləri bildiriblər ki, onların bu yöndə atdığı addım iqlim dəyişikliyinin təsirlərinə qarşı etibarlı mübarizə olmaqla yanaşı, həm də ətraf mühitin qorunmasını gücləndirmək məqsədi daşıyır. 

Mütəxəssislər qeyd ediblər ki, Kanadanın şərqində yerləşən, ölkənin 10 əyalətindən biri olan Kvebek ərazisindəki Maqpi çayına da illər əvvəl xüsusi hüquqi status verilib.

Oqtay Qorçu
 

Reklam