ABŞ bloka verdiyi töhfələrə əsasən NATO ölkələrinin siyahısını tərtib edib.
Reyting.az “RİA Novosti”yə istinadla bildirir ki, Tramp administrasiyası İranla müharibəni dəstəkləməkdən imtina edən müttəfiqləri cəzalandırmağın yollarını axtararkən Ağ Ev NATO ölkələrinin "yaxşı və pis" siyahısına bənzər bir şey tərtib edib.
Mənbələrə görə, sənəd NATO-nun baş katibi Marko Ruttenin Vaşinqtona son səfərindən əvvəl hazırlanıb. Siyahı NATO-ya üzv ölkələrin bloka verdiyi töhfələrin həcminə görə təsnif edilib.
ABŞ prezidenti Donald Tramp əvvəllər bildirmişdi ki, alyansın İrana qarşı əməliyyatda Vaşinqtona kömək etməkdən imtina etməsindən sonra NATO-dan çıxmağı ciddi şəkildə nəzərdən keçirir.
V. Quliyev