ABŞ senatoru Lindsey Gremə görə, ABŞ Konqresində Rusiya neftini almaqda davam edən ölkələrə qarşı sanksiyalara icazə verən qanun layihəsi var.
Reyting.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Grem sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, qanunvericilik ABŞ Prezidenti Donald Trampa Rusiya neftini alan ölkələrə qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verəcək.
Bundan əvvəl “Bloomberg” xəbər vermişdi ki, Hindistan Yaxın Şərqdə münaqişə nəticəsində yaranan enerji təchizatı problemləri fonunda ABŞ-dan Rusiya neftinin tədarükü üçün lisenziyanın uzadılmasını istəyib.
V. Quliyev