Advert
Advert

AES bir həftədə ikinci dəfə xarici enerjini kəsib

Tarix:
 AES bir həftədə ikinci dəfə xarici enerjini kəsib
Reklam

Rusiya ordusunun nəzarətinə keçən Zaporojye Atom Elektrik Stansiyası (AES) yenidən müvəqqəti olaraq bütün xarici enerjini kəsib. 

Reyting.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi bildirib.

Qrossi deyib ki, bu, bir həftədən az müddətdə ikinci dəfə elektrik enerjisinin kəsilməsidir: “Bu, Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri qeydə alınan 14-cü belə hadisədir. Əlaqə təxminən 40 dəqiqədən sonra bərpa edildi. Elektrik enerjisinin kəsilməsinin səbəbi hələ də məlum deyil”. 

Eyni zamanda, o, hadisə yerində faktların araşdırılması və vəziyyəti izləmə ilə məşğul olan BAEA komandasının olduğunu vurğulayıb.

Xatırladaq ki, BAEA Zaporojye AES-ə xarici enerji verən elektrik xəttinin təmirini təmin etmək üçün Ukrayna və Rusiya ilə məsləhətləşmələr aparır. 

Onu da qeyd edək ki, AES-də sonuncu dəfə elektrik kəsilməsi 14 apreldə baş verib.

V. Quliyev
 

Reklam