Yol Patrul Xidməti əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan dairəsi ərazisində nitq qüsurlu azyaşlı uşaq tapılıb.
Reyting.az xəbər verir ki, bunu DİN-nin mətbuat xidmətindən bildiriblər.
Uşağın kimliyini və yaxınlarının yerini bilən şəxslərdən polis orqanlarına məlumat vermələri xahiş olunur.
Uşaq hazırda Abşeron Rayon Polis İdarəsindədir.