İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada gəlib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı “Fars” agentliyi yayıb.
Məlumata görə, nümayəndə heyətinə təhlükəsizlik, siyasi, müdafiə, iqtisadi və hüquq komitələrinin üzvləri daxildir.
Qalibafı İranın xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati müşayiət edir.
Bildirilir ki, ABŞ-ın vitse-prezidenti Vens və prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Cared Kuşner də İslamabada gəliblər.

Y. Qacar