Pekində səfərdə olan ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Çinin texnologiya sənayesində bir-birinə qarşı kəşfiyyat fəaliyyətləri həyata keçirdiyini açıqlayıb.
Reyting.az-ın məlumatına görə, Tramp vurğulayıb ki, Çin kimi ABŞ da texnologiya sahəsində “nəsə” edir:
“Amma mən onunla (Çin lideri Si Cinpin-red.) bu barədə çox ciddi söhbət etmişəm və bu məsələ ilə maraqlanmaq istərdim. Onlar bunu 50 ildir ki, edirlər”.
Bundan əvvəl Tramp Çinin ABŞ şirkətlərinə sərmayə qoymağa hazır olduğunu bəyan edib və Si Cinpinlə danışıqların yaxşı keçdiyini söyləyib.
E. Quliyev