Bu gün ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlərlə (UNO) bağlı ilk sənədlər toplusunu dərc edib.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, bu işdə Ağ Ev, Milli Kəşfiyyat Direktorunun Ofisi, Energetika Nazirliyi, Milli Aeronavtika və Kosmos Agentliyi (NASA), Federal Təhqiqat Bürosu və digər qurumlar iştirak edirlər.
Pentaqonun məlumatına görə, fayllar WAR.GOV/NFO veb saytında yerləşdiriləcək və yeni sənədlər davamlı dərc olunacaq.
V. Quliyev