Advert
Advert

ABŞ Senatı Trampın layihəsini rədd edib

Tarix:
ABŞ Senatı Trampın layihəsini rədd edib
Reklam

Senat ABŞ Prezidenti Donald Trampın miqrasiya ilə bağlı təqdim etdiyi əsas qanun layihəsini bloklayıb. Sənədin əleyhinə səs verən respublikaçı senatorlar layihədə Tramp tərəfdarları üçün nəzərdə tutulan 1,8 milyard dollarlıq kompensasiya fonduna etiraz ediblər.

Reyting.az xəbər verir ki, fondun 2021-ci il yanvarın 6-da baş vermiş hadisələrə görə məhkum olunmuş, lakin sonradan əfv edilən şəxslərə ödəniş etməsi planlaşdırılırdı. Demokratlar isə Trampın təşəbbüsünü “rüşvət fondu” adlandıraraq layihəyə daha sərt münasibət göstəriblər.

Qeyd edək ki, bəzi respublikaçı senatorlar da bu təşəbbüsün seçicilər arasında ciddi narazılıq yarada biləcəyindən ehtiyat etdiklərini deyiblər.

Oqtay Qorçu
 

Reklam