ABŞ prezidenti Donald Tramp istənilən halda İranla sülh sazişi bağlanacağına əmindir.
Reyting.az xəbər verir ki, bunu “ABC News”-un aparıcısı Conatan Karl bildirib.
O, özünün “X” səhifəsində Amerika liderinə istinadən yazıb: "Bu, baş verəcək. Bu və ya digər şəkildə. İstər xoş, istərsə də çətin yolla".
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. 7 apreldə ABŞ İranla iki həftəlik atəşkəs elan edib. İran və ABŞ 11 apreldə İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident J.D Vens rəhbərlik edib. Həm Tehran, həm də Vaşinqton danışıqlardan sonra bildiriblər ki, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı heç bir razılıq əldə edilməyib.
V. Quliyev