Advert
Advert

ABŞ-İran danışıqları bu gün davam etdiriləcək

Tarix:
ABŞ-İran danışıqları bu gün davam etdiriləcək
Reklam

İran və ABŞ nümayəndə heyətləri arasında Pakistan vasitəçilərinin iştirakı ilə İslamabadda keçirilən danışıqların növbəti raundu başa çatıb.

Reyting.az xarci KİV-lərə istinadla xəbər verir ki, danışıqlar 14 saat davam edib. Fikir ayrılıqlarına baxmayaraq, tərəflər danışıqlara qayıdacaqlarını açıqlayıblar.

Danışıqların 12 apreldə davam edəcəyi bildirilir.

Qeyd edək ki, İran, ABŞ və Pakistan arasında keçirilən üçtərəfli danışıqlarda İran tərəfindən Məhəmməd Baqer Qalibaf, Abbas Əraqçi və Əli Baqeri, ABŞ tərəfdən isə Ceyms Devid Vens, Stiv Uitkoff və Cared Kuşner iştirak edirlər.
 

Reklam