Advert
Advert

ABŞ-İran danışıqları bir neçə günə bərpa oluna bilər

Tarix:
 ABŞ-İran danışıqları bir neçə günə bərpa oluna bilər
Reklam

ABŞ lideri Donald Tramp bildirib ki, İran və ABŞ arasında danışıqlar bir neçə gün ərzində İslamabadda bərpa oluna bilər.

Reyting.az-ın məlumatına görə, İslamabad və Vaşinqtonla Tehran arasında potensial yeni əlaqələrə toxunan Tramp "The New York Post" qəzetinə deyib ki, növbəti iki gün ərzində nəyinsə baş verməsi mümkündür.

Qeyd edək ki, İran və ABŞ aprelin 11-də Pakistanın paytaxtında bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Vens rəhbərlik edib. Həm Tehran, həm də Vaşinqton danışıqlardan sonra bildiriblər ki, bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı heç bir razılıq əldə edilməyib. 

Onu da qeyd edək ki, Tehran və Vaşinqton arasında potensial yeni danışıqlar raundunun perspektivləri bəlli deyil. ABŞ ABŞ Hərbi Dəniz Qüvvələrinin 13 apreldən etibarən gəmilərin Hörmüz boğazından keçməsinin qarşısını alaraq İrana blokada tətbiq edəcəyini açıqlayıb.

E. Kamal
 

Reklam