ABŞ-ın bir neçə pilotsuz təyyarəsi (PUA) və Hərbi Hava Qüvvələrinə məxsus “F-35” qırıcısı İranın hava məkanını pozub.
Reyting.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında bildirilir.
“Tasnim” xəbər agentliyində yayılmış sənəddə deyilir: “ABŞ terrorçu ordusu bölgədəki ehtiyatsız, müdaxiləçi hərəkətlərini və aqressiv davranışlarını davam etdirərək İranın hava məkanına soxulub".
Məlumata görə, hava hücumundan müdafiə qüvvələri bir “RQ-4” PUA-sını və bir “F-35” qırıcı təyyarəsini "ölkənin ərazi hava məkanını tərk etməyə" məcbur edib. Qeyd olunur ki, “MQ-9” pilotsuz təyyarələrindən biri vurulub.
İİKK bildirir ki, İran ABŞ-ın atəşkəs rejimini pozmasına qarşı istənilən cavab tədbiri görməyi özünün qanuni hüququ hesab edir.
E. Kamal