Advert
Advert

ABŞ-ın hipersəs silahlarına qarşı müdafiəsi yoxdur

Tarix:
ABŞ-ın hipersəs silahlarına qarşı müdafiəsi yoxdur
Reklam

ABŞ ordusunun hipersəs silahlarına və qabaqcıl kruiz raketlərinə qarşı effektiv müdafiə vasitələri yoxdur.

Reyting.az-ın məlumatına görə, bunu ABŞ Hərbi katibinin kosmik siyasət üzrə köməkçisi Mark Berkovitz ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

ABŞ-da hazırlanan yeni nəsil “Qızıl Günbəz” raketdən müdafiə sistemi ilə bağlı dinləmələr zamanı senatorlar M. Berkovitzdən ölkənin hazırkı müdafiə imkanlarını izah etməsini istəyiblər. O isə belə cavab verib: “Hazırda Şimali Koreyanın kiçikmiqyaslı hücumlarına qarşı xüsusi olaraq hazırlanmış, çox məhdud imkanlara malik yerüstü təkqatlı müdafiə sistemimiz var”.

Berkovitz əlavə edib ki, ballistik raketlərlə həyata keçirilə biləcək digər hücumlara qarşı da imkanlar məhduddur: “Bu gün hipersəs silahlarına və qabaqcıl kruiz raketlərinə qarşı heç bir müdafiəmiz yoxdur”.

Y. Qacar
 

Reklam