Advert
Advert

ABŞ-ın “gücləndirici qüvvəsi” Afrika ətrafında fırlanır

Tarix:
ABŞ-ın “gücləndirici qüvvəsi” Afrika ətrafında fırlanır
Reklam

Yaxın Şərqdə sayca üçüncü ABŞ təyyarədaşıyan gəmisi olacaq “USS George H.W. Buş”-nun (CVN-77) bölgəyə çatmaq üçün Cəbəllütariq boğazından keçmək əvəzinə Afrika ətrafında üzdüyü iddia edilir.

Reyting.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun (USNI) iki adı açıqlanmayan müdafiə rəsmisinə əsaslanan hesabatına görə, təyyarədaşıyan gəmi əvvəlki digər gəmilərin keçdiyi marşrutdan fərqli yol seçərək, Ərəbistan dənizinə çatmaq üçün Cəbəllütariq boğazından keçmək əvəzinə Afrika ətrafında üzür.

Bildirilir ki, ABŞ-ın İran limanlarını blokadaya alması nəticəsində “USS George H.W. Buş” və onu müşayiət edən gəmilər, o cümlədən “USS Donald Cook” (DDG-75), “USS Mason” (DDG-87), “USNS Arctic” (TAOE-8) və “USS Ross” (DDG-71) Oman körfəzindəki dəniz qüvvələrinə qoşulmağa hazırlaşır.

Qeyd olunur ki, “USS George H.W. Buş” öz missiyasına mart ayının sonunda başlayıb və bu marşrutu seçmə səbəbi Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçmədən bölgəyə çatmaq olub.

Pakistanda İranla danışıqların uğursuzluğundan sonra ABŞ prezidenti Donald Tramp sosial mediada Hörmüz boğazını blokadaya alma prosesinə başlayacaqlarını açıqlayıb. Bu açıqlamadan dərhal sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə qarşı dəniz blokadası tətbiq edəcəyini bildirib.

E. Kamal
 

Reklam