Advert
Advert

ABŞ-ın Avropadakı hərbi mövcudluğunun azaldılması təklif olunur

Tarix:
ABŞ-ın Avropadakı hərbi mövcudluğunun azaldılması təklif olunur
Reklam

ABŞ-ın müdafiə naziri Pit Heqsetin ölkəsinin Avropadakı hərbi mövcudluğunun əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı planı dəstək qazanmayıb.

Reyting.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin iddiasına görə, Pit Heqset ABŞ-ın Avropadakı hərbi qüvvələrinin daha da ixtisar olunacağını elan etməyi planlaşdırırdı. Bu plan Polşada yerləşdirilmiş zirehli briqadanın çıxarılması və əvvəllər Rumıniyadan çıxarılması nəzərdə tutulan piyada briqadası ilə bağlı qərarlardan daha genişmiqyaslı dəyişiklikləri əhatə edirdi.

Məqalədə bildirilir ki, Heqset Brüsseldə NATO-nun yüksək hərbi rəhbərliyi ilə keçirilən görüşdə bu barədə mühüm açıqlama verməyi planlaşdırıb.

Lakin qəzetin mənbələrinin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio və digər yüksəkvəzifəli rəsmilər bu təşəbbüsdən xəbər tutduqdan sonra plan rədd edilib.

Bildirilib ki, genişmiqyaslı ixtisarlar əvəzinə, ABŞ yaxın altı ay ərzində Avropadakı hərbi mövcudluğu ilə bağlı yalnız məhdud xarakterli dəyişikliklər həyata keçirəcək.

E. Kamal
 

Reklam