Tokionun Nikkei 225 indeksi cümə axşamı Asiya ticarətinin əvvəlində 1,4 faiz azalaraq 53.004,81 faizə düşüb. Cənubi Koreyanın Kospi indeksi 3,4 faiz enərək 5.292,36 olub. Honkonqun Hang Seng indeksində azalma isə 0,8 faizdir və hazırda 25.082,59 faiz təşkil edir.
Reyting.az xəbər verir ki, ABŞ fyuçersləri 0,7 faizdən çox ucuzlaşıb.
“The Associated Press”-in məlumatına görə, Trampın açıqlamalarından sonra beynəlxalq standart olan Brent markalı xam neftin qiyməti 5 faiz artaraq barel üçün 106,22 dollara çatıb. ABŞ-nın etalon markalı xam neftinin qiyməti isə 4,2 faiz bahalaşaraq barel üçün 104,36 dollar olub.
V. Quliyev