Advert
Advert

ABŞ-dakı atışmada 8 uşaq həlak olub

Tarix:
ABŞ-dakı atışmada 8 uşaq həlak olub
Reklam

ABŞ-ın Luiziana ştatının Şreveport şəhərində baş vermiş atışma nəticəsində 8 azyaşlı həlak olub. 

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, yerli polisin rəisi Ueyn Smit qanlı olayla bağlı jurnalistlərə bunları bildirib: “Ötən gecə məişət münaqişəsi zamanı baş vermiş atışmada azı 10 nəfər güllə qurbanı olub. Onlardan 8-i dünyasını dəyişib. Qurbanların yaşları birdən 14 yaşa qədərdir”.

Atışmada şübhəli bilinən şəxs avtomobili oğurlayıb və hadisə yerindən qaçmağa cəhd etsə də, təqib zamanı polislər tərəfindən vurularaq öldürülüb.

V. Quliyev
 

Reklam