Advert
Advert

ABŞ-da təyyarə yaşayış binasının üzərinə düşüb

Tarix:
ABŞ-da təyyarə yaşayış binasının üzərinə düşüb
Reklam

Birləşmiş Ştatların Ohayo ştatının Akron şəhərində yüngül mühərrikli təyyarə yaşayış binasına çırpılıb və bu zaman güclü yanğın baş verib. 

Reyting.az “Reuters”-ə istinadla bildirir ki, yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan iki şəxs həlak olub. Yaşayış binasında və ərtaf ərazidə olanlardan heç kim xəsarət almayıb.

Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın səbəbini müəyyən etmək üçün birgə araşdırmaya başlayıb.

V. Quliyev
 

Reklam