ABŞ Hərbi Dəniz Qüvvələri aviadaşıyıcıda yerləşdirilən "LOCUST" antidron lazer sisteminin sınaqlarını keçirib.
Reyting.az xəbər verir ki, ekspertlərin fikrincə, lazer texnologiyaları məsafə və hədəfi məhvetmə sürəti baxımından məhdud olsa da, çox yaxın gələcəkdə bu sistem hərbidə mühüm rol oynaya bilər.
Məlumata görə, sınaqlar "Nimitz" sinifinə daxil olan "George Bush" aviadaşıyıcısında aparılıb və bu, lazer silahının aviadaşıyıcıya ilk dəfə quraşdırılması kimi də yadda qalıb.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında keçirilmiş sınaqlar zamanı da "LOCUST" lazer sistemi bir neçə pilotsuz uçuş aparatını aşkar edib, izləyib və zərərsizləşdirmişdi. Mütəxəssislər həmin sınaqları düzgün istiqamətləndirilmiş enerji silahlarının əməliyyat istifadəsinə dəqiq və doğru sayıla biləcək çox mühüm bir addım kimi qiymətləndirmişdlər.
"AeroVironment" şirkəti tərəfindən istehsal edilən bu yeni sistem elektro-optik, eləcə də infraqırmızı sensorlarla təchiz olunub, həmçinin əlavə radar, radiotezlik aşkarlama vasitələri ilə də işləyə bilir.
Onu da qeyd edək ki, "LOCUST" lazer sisteminin gücü təxminən 20-26 kilovata çatır və əsasən kiçik dronlara qarşı nəzərdə tutulub.
Oqtay Qorçu