Advert
Advert

Abbas Əraqçi: Hörmüz boğazı açıqdır

Tarix:
Abbas Əraqçi: Hörmüz boğazı açıqdır
Reklam

Bütün ticarət gəmilərinin Hörmüz boğazından keçməsi razılaşdırılmış marşrut üzrə atəşkəsin qalan hissəsi üçün tam açılıb. 

Reyting.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. 

Onun müavini Səid Xətibzadə isə vurğulayıb ki, ABŞ İranın bütün şərtlərini qəbul etdikdən və maksimalist yanaşmasından imtina etdikdən sonra Hörmüz boğazı tam təhlükəsiz olacaq.

Xətibzadə Antalya Diplomatik Forumunun kənarında jurnalistlərə bildirib ki, "Əgər bu müharibə tamamilə başa çatarsa, ABŞ ədalətli, balanslı və ağlabatan şərtləri (İrandan - red.) qəbul edərsə, maksimalist yanaşmasından imtina edərsə və İranın ərazi bütövlüyünə hörmət edərək, yerdəki de-fakto vəziyyəti qəbul edərsə, gələcəkdə Hörmüz boğazının təhlükəsiz və dinc olacağına zəmanət verə bilərəm".

Onu da qeyd edək ki, 13 apreldən ABŞ Hərbi Dəniz Qüvvələri dünya neftinin, neft məhsullarının və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizini təşkil edən Hörmüz boğazının hər iki tərəfindəki İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatını blokadaya alamağa başlayıb. 

V. Quliyev
 

Reklam