Advert
Advert

88 yaşlı kinorejissora "Oskar" mükafatı verəcəklər

Tarix:
 88 yaşlı kinorejissora
Reklam

88 yaşlı britaniyalı məşhur kinorejissor Ridli Skott bu ilin 15 noyabrında Los-Anceles şəhərində keçiriləcək "Governors Awards" mərasimində fəxri "Oskar" mükafatına layiq görüləcək. 

Reyting.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. 

"Yadplanetli", "Qladiator", "Ülgüc üzərində qaçan" kimi məşhur filmlərin müəllifi olan Skott altı onillikdən artıq karyerası ərzində böyük uğurlar qazansa da, dünya şöhrətli kinorejissor indiyə qədər Amerika Kino Akademiyasının nüfuzlu mükafatını qazana bilməyib.

Fəxri "Oskar" təkcə məşhur rejissora deyil, həmçinin aktrisa Qlenn Klouza və "Disney" studiyasının ilk qaradərili animatoru Floyd Normana da təqdim olunacaq. Səkkiz dəfə oynadığı rollara görə, bu kino mükafatına namizəd kimi göstərilmiş Qlenn Klouza isə ilk dəfə "Oskar" təqdim ediləcək.

Bundan başqa, müstəqil kinonun inkişafına verdikləri töhfələrinə görə, kinoprodüserlər Kristina Vaşon, həmçinin Pamela Koffler də festivala dəvət olunublar. Təntənəli kino mərasimində hər iki prodüseri "İrvinq Talberq" memorial mükafatı ilə təltif edəcəklər.

Dünya şöhrətli Ridli Skottun hazırda 88 yaşı olsa da, sənətçi bu günədək İngiltərə, xüsusilə Hollivud kino sənayesində böyük enerji ilə çalışır və rejissor kimi fəaliyyətini davam etdirir.

Oqtay Qorçu

Reklam