Advert
Advert

  40.000 asteroid Yerə yaxınlaşır

Tarix:
  40.000 asteroid Yerə yaxınlaşır
Reklam

Bu günə qədər Yer kürəsinə yaxın məsafədə təxminən 40 min asteroid kəşf edilib.

Reyting.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutu məlumat verib.

Qeyd olunur ki, Günəş sistemində bir milyondan çox asteroid kəşf edilib və onların əksəriyyəti Mars və Yupiterin orbitləri arasındadır.

"Bundan əlavə, Yerə yaxın asteroidlər kimi tanınan bir qrup asteroid var. Bu obyektlərdən bu günə qədər təxminən 40.000-i kəşf edilib. Kəşf prosesi olduqca sürətlə davam edir", - deyə alimlər bildiriblər.

Asteroidlər arasında Yerə 7,5 milyon kilometrdən az məsafədə yaxınlaşan və ya yaxınlaşacaq potensial təhlükəli obyektlər (PHA) də, bir kilometrdən böyük 154 PHA da var.(Lenta.ru)

V. Quliyev
 

Reklam