Advert
Advert

20.000 təyyarə reysi ləğv edilir 

Tarix:
20.000 təyyarə reysi ləğv edilir 
Reklam

Almaniyanın ən böyük aviaşirkəti “Lufthansa” 20.000 qısa məsafəli uçuşu azaldacaq. Şirkət buna səbəb kimi təyyarə yanacağının bahalaşmasına göstərir.

Reyting.az xəbər verir ki, ləğv edilən reyslərin əksəriyyəti onun zərərli “CityLine” bölməsinin bağlanması və 27 təyyarənin istismardan çıxarılması ilə əlaqədardır. 

Şirkət qeyd edib ki, qərara işçilərlə əmək mübahisələri də təsir edib. “Lufthansa” bildirir ki, uçuşların azaldılması təxminən 40.000 ton aviasiya yanacağına qənaət edəcək və ümumi sərnişin həcminin yalnız 1 faizinə təsir göstərəcək.

Şirkət həmçinin Avropa şəbəkəsini də nəzərdən keçirir. Frankfurt və Münhendən gələn gəlirsiz marşrutlar bağlanır, Sürix, Brüssel və Vyanadan uçuşlar genişləndirilir.

Dəyişikliklərə baxmayaraq, “Lufthansa” sərnişinlərə qlobal marşrut şəbəkəsinə və uzun məsafəli uçuşlara çıxışı saxlayacaqlarına zəmanət verir.

Qeyd edək ki, Hörmüz boğazının bağlanması səbəbindən Yaxın Şərqdən neft tədarükünün məhdud olması səbəbindən artan xərclər əksər aviaşirkətlərə təsir edib. 

“Ryanair”ın baş direktoru Maykl Oliri deyib ki, boğaz bağlı qalacağı təqdirdə may ayının əvvəlində yanacaq tədarükündə fasilələr riski var. Onun sözlərinə görə, neft qiymətləri problemin yalnız bir hissəsidir, daha aktual məsələ reaktiv yanacaqla bağlıdır.

V. Quliyev
 

Reklam