Advert
Advert

14 tibb müəssisəsi cərimələnib

Tarix:
14 tibb müəssisəsi cərimələnib
Reklam

Bu ilin 6 ayında Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 182 özəl tibb müəssisəsi və fiziki şəxs barədə yoxlama aparılıb.

Reyting.az APA-ya istinadla xəbər verir ki, bunu AEM-dən bildiriblər.

Qeyd olunub ki, stomatologiya sahəsi üzrə 56 müəssisə və fiziki şəxsə dair inzibati tənbeh tədbiri görülərək aidiyyəti üzrə protokollar tərtib edilib.

Eyni zamanda ötən ay 14 klinika müəyyən edilmiş pozuntulara görə cərimələnib.

Plastik cərrahiyyə sahəsində 2 protokol tərtib olunub.
 

Reklam